Azərbaycanda unikal böyrək əməliyyatı
21 iyul 2012 12:31 (UTC +04:00)

Azərbaycanda unikal böyrək əməliyyatı

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasında 54 yaşlı qadına 74 yaşlı anasından böyrək köçürülüb. Bu barədə APA-ya xəstəxananın cərrahiyə və orqan transplantalogiyası şöbəsinin müdiri Mircavad Kazımi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu yaşda donordan orqanın alınaraq digərinə transplantasiya edilməsi yenilikdir: “Bu, nadir əməliyyatdır. Ona görə ki donorun 74 yaşı var və bu yaşda insanlar adətən donor kimi qəbul edilmirlər. Türkiyə və İranda həmin xəstəyə uyğun donor tapılmayıb, anası öz böyrəyini vermək istəyəndə isə deyiblər ki, sən yaşlısan və belə riskə yol verə bilmərik. Biz isə bu əməliyyatı uğurla həyata keçirdik. Axundova Xəzangüldən lazer üsulu ilə alınan bir böyrək onun qızı Axundova Səlvinaza köçürüldü. Hazırda hər iki xəstənin vəziyyəti normaldır”.
# 766

Oxşar yazılar