Gizlənmək üçün dayanacaq
19 sentyabr 2011 10:37 (UTC +04:00)

Gizlənmək üçün dayanacaq

Bu mənada mən də itibaxışlı olmağımla öyünə bilmərəm.

Amma 2 gün əvvəl dayanacaqlardan biri diqqətimi cəlb etməyi bacardı. Böyük cəsarətlə iddia edirəm ki, həmin avtobus dayanacağında indiyə qədər bir nəfər də olsun sərnişin avtobus (yaxud başqa nəqliyyat vasitəsi) gözləməyib! Çünki dayanacaq elə yerdə quraşdırılıb ki, elə bil, avtobus gözləməkdən yox, avtobusdan gizlənməkdən ötrü nəzərdə tutulub.

Yazını uzatmaq istəmirəm.

Onsuz da bu sətirlərin aşağısında yerləşdirilən şəkillərə baxarkən, mənzərənin əcaibliyi diqqətinizdən yayınmayacaq.

Sadəcə, yerüstü piyada keçidinin arxasında gizlədilmiş (səbəbini yalnız bu dahiyanə inşaat nümunəsinin müəllifləri bilər) avtobus dayanacağının təxmini ünvanını yazıram:

Xətai rayonu, Zığ şossesi, el arasında «Kombinat» adlandırılan dayanacağın yaxınlığı.

P.S. «Xəlvətə çəkilmiş dayanacaq»ın şəkillərini bu sirri faş edəndən bir gün sonra özüm çəkmişəm.

P.P.S. Görəsən, bu dayanacaqların birinin quraşdırılması neçəyə başa gəlir?

Firuz ABDULLA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147

Oxşar yazılar