Bakıda gənc qızı avtomobil vurub, vəziyyəti ağırdır
27 iyun 2024 23:27 (UTC +04:00)

Bakıda gənc qızı avtomobil vurub, vəziyyəti ağırdır

Bakının Xəzər Rayonunda yol qəzası zamanı 27 yaşlı qız ağır vəziyyətə düşüb.

APA xəbər verir ki, yol nəqliyyatı hadisəsi Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Samirə Mustafayeva yol kənarında olarkən onu avtomobil vurub.

Yaralı sağ baldır sümüyünün sınığı və qapalı kəllə beyin travmasl ilə xəstəxanaya yerləşdirilib. Həkimlər bildirib ki, S.Mustafayevanın vəziyyəti ağırdır.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb. Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500
avatar

Oxşar yazılar