Qarslılar Receb İvediyi  məhkəməyə verdilər
28 iyun 2024 12:04 (UTC +04:00)

Qarslılar Receb İvediyi məhkəməyə verdilər

Qarslılar kinoaktyor Şahan Gökbaharın canlandırdığı “Receb İvedik” filmini məhkəməyə veriblər.

 Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, buna səbəb Receb İvedik filmlərindən birində obrazın qarslı kimi göstərilməsidir.

 Qarsda qastrolda olan aktyor Şahan Gökbaharın şəhər insanları ilə maraqlı söhbəti olub. Bu barədə Şahan özü danışıb.

“Mənə dedilər ki, Rəcəb qarslı olmasın, biz ondan utanırıq. Dedim haralı edim? Dedilər haralı edirsən elə, qarslı olmasın. Mən də dedim, olmaz. Mən Qarsda doğulmuşam, obrazı da mən yaratmışam deyə, o qarslı olacaq. Şəxsiyyət vəsiqəmi göstərdikdən sonra deməyə sözləri olmadı, sakitləşdilər, məhkəmə başa çatdı”,- deyə aktyor bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4101
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar