![Son 2 ayda Təhsil Nazirliyinə daxil olan müraciətlərin məzmunu açıqlandı](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Son 2 ayda Təhsil Nazirliyinə daxil olan müraciətlərin məzmunu açıqlandı
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) iyul ayında 4153, avqust ayında isə 2479 müraciət daxil olub. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulda daxil olan müraciətlərin əksər hissəsi sorğu xarakterlidir.
Sorğular ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, müəllimlərin yaş senzi, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri ilə əlaqədar appelyasiya, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, eksternat qaydada keçirilən imtahanlar, onların nəticələri ilə bağlıdır. Digər sorğularda isə xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının hesablanması və digər məsələlərdən bəhs olunur.
Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu üzrə 2590, xaricdə təhsil üzrə 123, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri üzrə 310, vaxtından əvvəl I sinfə qəbul üzrə 112, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına aid məsələlər üzrə 267, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 36, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması üzrə 50, müəllimlərin əmək haqqının hesablanması ilə bağlı 35 sorğu cavablandırılıb. Digər müraciətlərdə isə müxtəlif mövzular üzrə məlumat almaq istəyi əks olunub.
Avqustda daxil olan müraciətlərin hamısı sorğu xarakterlidir. Məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 35, ümumtəhsil məktəbləri ilə bağlı 255 (bir məktəbdən digərinə köçürülmə, məktəbli forması, ümumtəhsil məktəblərində dərs ilinin başlanması və s.), I sinfə vaxtından əvvəl şagird qəbulu üzrə 328, müəllimlərin işə qəbulu məsələləri ilə əlaqədar 837, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu ilə əlaqədar 175, xaricdə təhsillə bağlı 263, subbakalavr, bakalavr və magistr təhsili ilə əlaqədar 66 müraciət daxil olub. Qalan müraciətlər isə digər müxtəlif mövzuları əhatə edir.
Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən qeydə alınaraq cavablandırılıb.

Oxşar yazılar
![Bu toyların keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək](https://lent.az/storage/news/2024/june/28/big/667e7eb71c32d667e7eb71c32f1719566007667e7eb71c327667e7eb71c32b.jpg)
Bu toyların keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək
28 iyun 2024 , 13:26Sabah da leysan yağacaq, dolu düşəcək - HAVA PROQNOZU
28 iyun 2024 , 12:57Qanunsuz parklanma təşkil edənlər 2 min cərimələnəcək
28 iyun 2024 , 12:21![Sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olan sürücülərin cəriməsi nə qədərdir? - CAVAB](https://lent.az/storage/news/2024/june/28/big/667e6bf0acb30667e6bf0acb311719561200667e6bf0acb2d667e6bf0acb2f.jpg)
Sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olan sürücülərin cəriməsi nə qədərdir? - CAVAB
28 iyun 2024 , 11:25![Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT](https://lent.az/storage/news/2024/june/28/big/667e5112e1c63667e5112e1c641719554322667e5112e1c5c667e5112e1c5f.jpg)
Zəlzələ ilə bağlı ƏHALİYƏ MÜRACİƏT
28 iyun 2024 , 10:01![Bakıda bu yollarda sıxlıq var - Siyahı](https://lent.az/storage/news/2024/june/28/big/667e3abfb3704667e3abfb370a17195486073dcdcdb23301aa107206905f22f020d1.jpg)
Bakıda bu yollarda sıxlıq var - Siyahı
28 iyun 2024 , 08:22![Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir](https://lent.az/storage/news/2024/june/28/big/667e11059a37d667e11059a37e1719537925667e11059a377667e11059a37a.jpg)
Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir
28 iyun 2024 , 05:25![Leysan, dolu, sel XƏBƏRDARLIĞI](https://lent.az/storage/news/2024/june/27/big/667d6a010da34667d6a010da361719495169667d6a010da2f667d6a010da32.jpg)