Azərbaycanda pensiya alan qadınların sayı kişilərdən çoxdur
08 avqust 2011 12:51 (UTC +04:00)

Azərbaycanda pensiya alan qadınların sayı kişilərdən çoxdur

Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, əmək pensiyası alan şəxslərin 38,9 faizi kişi, 61,1 faizi isə qadındır. Onlardan 63,9 faizi yaşa görə, 25,7 faizi əlilliyə görə, 10,4 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Bu ilin 6 ayı ərzində yeni təyin olunmuş əmək pensiyalarının orta aylıq məbləği 160 manat təşkil edib.

Qeyd edək ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

Əmək pensiyasının 3 növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959

Oxşar yazılar