3 ton keyfiyyətsiz dondurma məhv edildi
02 avqust 2011 17:50 (UTC +04:00)

3 ton keyfiyyətsiz dondurma məhv edildi

Avqustun 2-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "S.A.B.A. şirkəti" MMC-nin istehsal etdiyi 1592 kq keyfiyyətsiz dondurmanı qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edib.

Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "S.A.B.A. şirkəti" MMC-yə icrası məcburi göstəriş verilib.

Həmçinin, qeyd olunan göstərişin icrası ilə əlaqədar İlham Məmmədov tərəfindən istehsal edilmiş 1351 kq keyfiyyətsiz dondurma da Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar