“Təzə bazar”da bəzi yemiş növlərinin satışı dayandırıldı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası bu gün Bakıda yerləşən daha bir bazarda satışa çıxarılan qarpız və yemişlərin tərkibini yoxlayıb.
Bu haqda APA-ya laboratoriyanın rəhbəri Yaqub İbrahimov məlumat verib. Y.İbrahimovun sözlərinə görə, “Təzə bazar”da satılan qarpız və yemişlərdən götürülən nümunələr analiz edilib: “Analizlərin nəticələrinə görə, qarpızlarda heç bir problem üzə çıxmadı. Amma bazara Kürdəmir, Sabirabad və Saatlıdan gətirilən bəzi yemişlərin tərkibində nitratın miqdarının bir qədər çox olduğu aşkarlandı. Bunu həmin rayonlardan gətirilən bütün yemişlərə aid etmək olmaz, bu bəzi təsərrüfatların yetişdirdiyi məhsullara aiddir. Məsələ ilə bağlı bazar rəhbərliyinə məlumat verilib və həmin məhsulların bazardan çıxarılması təmin edilib”.
Qeyd edək ki, analoji yoxlamalar bir qədər əvvəl Bakının “8-ci km” bazarında həyata keçirilib. Həmin yoxlamalar zamanı da bazarda satılan bəzi yemişlərin tərkibində nitratın miqdarının bir qədər çox olduğu aşkarlanmış, satışına qadağa qoyulmuşdu.

Oxşar yazılar
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı
13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO
13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 13:08
Zəvvarları aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi
13 may 2025 , 12:49
4 və 6 sinif şagirdləri bu il ilk dəfə imtahan verəcək
13 may 2025 , 12:49
Müəllimlər yenə imtahan edilir
13 may 2025 , 12:48