ABŞ tələbələri Azərbaycanı əyani şəkildə tanıdı - FOTO
02 avqust 2011 16:21 (UTC +04:00)

ABŞ tələbələri Azərbaycanı əyani şəkildə tanıdı - FOTO

Avqustun 4-dəABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün Azərbaycan Dövlət Universitetinin (ADU) yay məktəbinə gələn tələbələrlə bağlanış mərasimi keçiriləcək. ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetdə olduqları müddətdə amerikalı tələbələr Yanardağ və Atəşgaha, Tarix muzeyinə, müxtəlif dini yerlərə, o cümlədən kilsələrə, məscidlərə və sinaqoqlara, eləcə də Qala Etnoqrafik muzeyi və Botanika bağına gedib. Bununla yanaşı Azərbaycanın qədim və tarixi yerlərindən biri hesab olunan Şəki şəhərində də olublar. Onlar Şəkidə olduqları zaman Şəki xan sarayı, Cümə məscidi, Yeni Şəki qalası, Gələrsən-görərsən qalası, Kiş katedral alban məbədini ziyarət edib. Amerikalı tələbələr Şəkidən başqa digər qədim və gözəl şəhərlərimizdən biri Gəncə şəhərinə də olub. Burada isə Xan bağı, Gəncə hamamı, Cavadxan movzeleyində olan tələbələr Göygöl rayonuna keçiblər və Etnoqrafik və tarix muzeyinə səyahət edilbər.

8 həftə ərzində amerikanlı tələbələr Azərbaycan dilini öyrənib, Azərbaycanın mədəniyyəti, tarixi, etnoqrafiyası haqqında biliklərə yiyələnib. Bununla yanaşı onlar Azərbaycan ailələrində yaşaraq ailə mədəniyyətini öyrənib, tar dərslərində də iştirak ediblər.

Qeyd edək ki, iyunun 13-də 11 nəfərdən ibarət bir qrup tələbə ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün Azərbaycan Dillər Universitetinə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar