Azərbaycan universitetləri dünyanın ən yaxşıları arasında
02 avqust 2011 14:30 (UTC +04:00)

Azərbaycan universitetləri dünyanın ən yaxşıları arasında

Lent.az-ın məlumatına görə, bu sıraya Azərbaycandan yalnız Xəzər Universitəsi düşüb - 6211-ci yer.

Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılıb.

Universitetlərin qiymətləndirməsi dörd nominasiya üzrə aparılıb. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.

Digər Azərbaycan Universitetlərinin heç biri, hətta ilk 9.000 universitet sırasına belə, düşə bilməyib. İlk 12 min ali məktəb arasında tanınmış Azərbaycan universitetlərindən Bakı Dövlət Universiteti - 11736-cı yer, Qafqaz Universiteti - 11895-ci yerdədir.

Bu reytinq müəyyənləşdirməsində universitetlərlə yanaşı dünyanın ən müasir universitet kitabxanaları da müəyyənləşdirilib, 1120 (min yüz iyirmi) ən yaxşı kitabxana elan edilib. Burada da Azərbaycandan yalnız bir kitabxana - Xəzər Universitetinin Kitabxanası yer alıb (892-ci yer).

Qeyd edək ki, siyahıya Amerika Birləşmiş Ştatları liderlik edir. Sonrakı yerlərdə Almaniya, Böyük Britaniya, Kanada və digər aparıcı dövlətlər yerləşmişlər. Keçmiş Sovetlər Birliyindən bu 45-likdə cəmi iki ölkə var: Estoniya və Rusiya 34-cü yerləri bölüşdürürlər. Burada Türkiyə 45-ci yerdədir. Ərəb ölkələrindən yalnız Səudiyyə Ərəbistanı (31-ci yer), Afrikadan isə yalnız Cənubi Afrika Respublikası (41-ci) təmsil olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2888

Oxşar yazılar