Havanın temperaturu 5-10 dərəcə enəcək
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 dərəcə, yarımadanın bəzi yerlərində 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 37-42 dərəcə, dağlarda gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığına görə, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-ə keçən gecədən başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Oxşar yazılar
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı
13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO
13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 13:08
Zəvvarları aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi
13 may 2025 , 12:49
4 və 6 sinif şagirdləri bu il ilk dəfə imtahan verəcək
13 may 2025 , 12:49
Müəllimlər yenə imtahan edilir
13 may 2025 , 12:48