“Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi start götürüb
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” adlı yeni layihənin icrasına başlayır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqənin qalibi olub. Birlikdən Lent.az-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, eyni zamanda tarixi-arxeoloji abidələrimizə diqqəti, arxeologiya elminə marağı artırmaq, onların qorunmasını təmin etməkdən ibarətdir.
Arxeoloji turizmin təbliği və təşviqi ilə bağlı mədəniyyət və təhsil müəssisələrində mühazirələr veriləcək, arxeoloji turizm, arxeologiya elmi, Azərbaycanda mövcud olan tarixi-memarlıq, arxeoloji abidələr haqqında seminarlar təşkil olunacaq, mühazirə və seminar iştirakçıları üçün nəzərdə tutulan “Azərbaycanın inciləri” bukleti hazırlanacaq. Layihənin davamlı olması üçün yaradılacaq xüsusi internet səhifəsində (archaeotourism.az) tarixi abidələrimiz, adət-ənənələrimiz və incəsənətimiz nümayiş etdiriləcək.
Layihə çərçivəsində, həmçinin “Azərbaycan abidələr diyarıdır” qısametrajlı filmi çəkiləcək. Film müxtəlif dillərə çevrilərək dünya ictimaiyyətinə təqdim olunacaq.
Avqustun 1-dən başlayan “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi oktyabrın sonuna kimi davam edəcək.
Xəyalə

Oxşar yazılar
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı
13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO
13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 13:08
Zəvvarları aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi
13 may 2025 , 12:49
4 və 6 sinif şagirdləri bu il ilk dəfə imtahan verəcək
13 may 2025 , 12:49
Müəllimlər yenə imtahan edilir
13 may 2025 , 12:48