Cəzaçəkmə müəssisəsində monitorinq keçirilib
01 avqust 2011 19:20 (UTC +04:00)

Cəzaçəkmə müəssisəsində monitorinq keçirilib

Komitədən Lent.az-a verilən məlumata görə, monitorinqi koordinator Əliməmməd Nuriyev, üzv Zalihə Tahirova, eyni zamanda Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zaynalov aparıb. Monitorinq çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Başçəkmə zamanı məhkumların saxlanma, personalın iş şəraiti, tibb işinin təşkili, psixoloji yardımın səviyyəsi, ərzaq və maddi-məişət təminatı, qısa və uzunmüddətli görüşlərin təmin olunma səviyyəsi, dini etiqadların təmin olunması və bir sıra digər göstəricilər yoxlanılıb. Eyni zamanda Komitə üzvləri 29 nəfər məhkumla onların istəklərinə uyğun olaraq konfedisial söhbət aparıb və hüquqi yardım göstərib. Müraciətlərin əksəriyyəti vaxtından əvvəl şərti azad olunma və ya cəzanın yüngülləşdirilməsi ilə bağlı olub.


Monitorinq zamanı konstruksiya sıxlığının olması əsas problem kimi qeyd edilib. Belə ki, cəzaçəkmə müəssisəsinin yataqxanaları sovet dövründə tikilib və bir məhbus üçün yaşayış sahəsi norması standartlara cavab vermir. SSRİ dövründə əksər cəzaçəkmə müəssisələri üçün xarakterik olan bu problem hələ də qalır. Havaların isti keçməsi havalandırma sisteminin qurulmasını zəruri edir.


Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar