Azərbaycanda oğurluğun yeni üsulu
01 avqust 2011 12:36 (UTC +04:00)

Azərbaycanda oğurluğun yeni üsulu

Bakıda kanalizasiya qapaqlarını toplamaqla məşğul olan dəstə yeni iş üsuluna keçib. Lent.az-ın məlumatına görə, inernetdə, çat və tanışlıq saytlarında kanalizasiya qapaqlarının nəğd pulla satın alınması ilə bağlı məlumatlar yerləşdirilib. Qız şəkili ilə açılan profillərdə qapaqlara görə 70 AZN təklif olunur. Burada həmçinin əlaqə nömrələri də yerləşdirilib.

Qeyd edək ki, son illərdə metal qırıntılarının toplanması ilə əlaqədar Bakıda və regionlarda kanalizasiya qapaqlarının oğurlanması kütləvi hal alıb. Qapaqsız qalmış kanalizasiya quyuları isə üfunət iyinin yayılması, avtomobil və insanların ora düşməsi və sair müxtəlif problemlərə səbəb olur. Polis isə müxtəlif vaxtlarda bir neçə nəfər qapaq oğrusunu tutsa da, məsələ hələ də həllini tapmayıb. Odur ki, internetdəki məlumatlar hüquq-mühafizə orqanlarının işinə yaraya bilər.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar