Dəhşətli istilər davam edəcək
02 avqust 2011 00:10 (UTC +04:00)

Dəhşətli istilər davam edəcək

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 35-40 dərəcə, yarımadanın bəzi yerlərində 42 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 39-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlarda gecə 19-24 dərəcə, gündüz 34-38 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar