Temperatur 42 dərəcəyə çatacaq
08 iyul 2011 00:00 (UTC +04:00)

Temperatur 42 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 35-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 30-35 dərəcə isti təşkil edəcək.
# 513

Oxşar yazılar