FHN çimərlik sahiblərini maarifləndirdi
06 iyul 2011 18:48 (UTC +04:00)

FHN çimərlik sahiblərini maarifləndirdi

İyul ayının 5-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti müşavirə keçirib.

Lent.az-ın FHN-in rəsmi saytına istinadla xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon təşkilatlarının, rayonun dənizkənarı ərazisində yerləşən çimərliklərdə fəaliyyət göstərən təşkilat və obyektlərin rəhbərləri iştirak ediblər.

Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 nömrəli qərarı ilə qüvvəyə minmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan vəzifələr, cari yay mövsümündə əhalinin istirahəti üçün lazımi şəraitin yaradılması və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində qarşıda duran məsələlər müzakirə edilib.
# 930

Oxşar yazılar