Metrodakı bahalaşma barədə rəsmi açıqlama yayıldı
“Bakı Metropoliteninə il ərzində əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir”
Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası sentyabrın 30-da keçirdiyi növbəti iclasla bağlı rəsmi açıqlama yayıb. Şuranın Katibliyindən Lent.az-a verilən məlumata görə, Tarif (qiymət) Şurasının iclasında Bakı Metropoliteninin sərnişindaşıma xidmətinin tarifinə yenidən baxılmasına dair müraciəti müzakirə olunub və qərar qəbul edilib. “Bakı Metropoliteninin mövcud tarifi 1996-cı ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 5 qəpik səviyyəsində təsdiq edilib. Ötən illər ərzində respublika üzrə xidmətlə bağlı xərclərin və enerji daşıyıcılarının qiymətlərinin artması ilə yanaşı, sahə üzrə sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə yeni stansiyaların istismara verilməsi, bununla bağlı xidmət heyəti üzrə ştatın artırılması obyektiv olaraq xidmətin maya dəyərinin yüksəlməsinə səbəb olub ki, bu da mövcud tarifə yenidən baxılmasını zəruri edib. Bu göstərilənləri nəzərə alınaraq Tarif (qiymət) Şurasının qərarına əsasən, gediş haqqı 5 qəpikdən 15 qəpiyə dəyişdirilib. Qiymət dəyişikliyindən sonra sərnişin daşıma xidmətinin tarifi bir sıra ölkələrlə müqayisədə yenə aşağı səviyyədə olacaq. Belə ki, hazırda metroda sərnişin daşıma xidmətinin tarifi Rusiyada 0,35, Gürcüstanda 0,19, Ukraynada 0,16, Belarusda 0,17, Türkiyədə 0,80 manat səviyyəsindədir” – deyə, məlumatda bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, il ərzində metrodan 200 milyona yaxın insanın istifadə etdiyi nəzərə alınarsa, artım nəticəsində Bakı Metropoliteninə il ərzində əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir. Lakin bu tarif tənzimlənməsi nəticəsində belə, Bakı Metropoliteninin cari xərcləri tam şəkildə ödənilməyəcək və dövlət büdcəsindən həm cari xərclər üçün, həm də əsaslı kapital qoyuluşları üçün əlavə vəsaitə ehtiyac yaranacaq.
Şuranın qərarına əsasən, yeni tarif 1 oktyabr 2009-cu il tarixindən saat 00:00-dan etibarən tətbiq edilir.
Pərvin ABBASOV

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53