"Qəhrəman ana" statusu bərpa olunacaq
Bu dəfə kəmiyyətə yox, keyfiyyətə önəm veriləcək
Yaxın vaxtlarda Azərbaycanda "Qəhrəman ana" statusu başqa formada bərpa olunacaq. Amma bu titulu daşıyanlar üçün ənənəvi sosial güzəştlər ailədəki uşaqların sayına yox, onların düzgün tərbiyəsinə görə veriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, bu məsələ “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda da əksini tapıb: “Dövlət proqramında bu məsələnin həlli bizim komitəyə həvalə olunub. Bunun icrası istiqamətində biz təkliflər hazırlamışıq. Artıq beynəlxalq təcrübə öyrənilib, milli xüsusiyyətlər də nəzərə alınmaqla təkliflər hazırlanıb və yaxın zamanlarda hökumətə təqdim olunacaq”.
Aynur Sofiyeva deyir ki, sovet dövründəkindən fərqli olaraq, müstəqil Azərbaycanda "Qəhrəman ana" tətbiq olunarkən kəmiyyət deyil, keyfiyyət əsas götürüləcək: “Əvvəllər bu məsələdə ailədəki uşaqların sayı əsas götürülürdü. İndi isə biz keyfiyyətə daha çox üstünlük veririk. Təklif etmişik ki, "Qəhrəman ana" statusu yalnız çoxuşaqlı yox, həm də uşaqlarının tərbiyəsi, təhsili yüksək səviyyədə olan analara verilsin” - deyə, Aynur Sofiyeva bildirib.
O ki qaldı uşaqlarda keyfiyyət göstəricilərinin hansı mexanizm əsasında müəyyənləşdiriləcəyinə, Aynur Sofiyeva bu barədə dəqiq fikir söyləməyib. Onun fikrincə, bu məsələnin konkret detalları müvafiq orqanların təklifləri toplandıqdan sonra məlum olacaq: “Yəqin ki, regionlar üzrə ailələrdə böyüyən uşaqların mənəvi-əxlaqi keyfiyyəti, intellektual səviyyəsi nəzərə alınacaq”.
Komitənin sədr müavini xatırladıb ki, hazırda Rusiyada və digər ölkələrdə övladlarına yüksək təlim-tərbiyə və təhsil vermiş analara dövlət tərəfindən bir sıra güzəştlərə malikdir. Belə güzəştlərin Azərbaycanda da tətbiq olunması üçün ciddi hazırlıq işləri aparılır.
Elxan SALAHOV

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53