20 abituriyent imtahandan xaric olunub
I ixtisas qrupu üzrə ali məktəblərə imtahanın rəsmi nəticələrinin iyulun 14-də axşam saatlarında TQDK-nın internet saytında yerləşdiriləcək
“İlkin məlumatlara görə, iyulun 14-də I ixtisas qrupu üzrə ali məktəblərə sənəd verən 35 811 abituriyentdən 1936 nəfər imtahanda iştirak etməyib, 20 abituriyent qaydaları pozduğuna görə imtahandan xaric olunub. Onlar arasında imtahan binalarına mobil telefonla keçməyə cəhd göstərənlər, imtahanın gedişinə mane olmağa çalışanlar, köçürməyə cəhd göstərənlər, sual cavablarını bir-birinə ötürənlər olub”.
Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahanlar Bakı, Sumqayıt və Naxçıvan şəhərində keçirilib. Bu məqsədlə 60 bina ayrılıb. İmtahan nəzərdə tutulan vaxtda –saat 11:00-da başlayıb və 14:00-da yekunlaşıb.
Elnur Nağızadə deyib ki, iyulun 12-də saat 14:30-dan etibarən TQDK-ya imtahan vərəqlərinin təhvil verilməsinə başlanılıb və dərhal da cavab kartlarının emalı başlayıb. Eyni zamanda imtahan rəhbərlərinin və nəzarətçilərinin protokolları araşdırılır. Protokolların araşdırılması prosesi hazırda davam etdirilir.
TQDK-nın mətbuat xidmətinin rəhbəri imtahanda istifadə olunan test tapşırıqlarının bütün variantlar üzrə doğru cavablarının iyulun 12-də saat 21:00-dan etibarən TQDK-nın rəsmi internet saytında yerləşdirildiyini söyləyib.
İmtahanın rəsmi nəticələrinin isə iyulun 14-də axşam saatlarında TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, I ixtisas qrupunda 250 və daha yuxarı bal toplayan abituriyentlər müsabiqəyə buraxılacaqlar. Bu zaman fənlər üzrə yığılan ballar da 10 baldan aşağı olmamalıdır.
Elnur Nağızadə onu da bildirib ki, müsabiqə şərtlərinin dəyişdirilib-dəyişdirilməməsi də iyulun 14-də cavab kartlarının emalı başa çatandan sonra məlum olacaq: “Normal müsabiqə vəziyyətinin yaranması üçün 250 bal kifayət edəcəksə, müsabiqə şərtləri aşağı salınmayacaq”.
Ramiz

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59