Qadın zorakılığına qarşı təlim
BMT-nin Əhali Fondu Bakıda dövlət qurumları üçün nəzəri-praktik təlim təşkil edib
BMT-nin Əhali Fondu Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Zorakılıq qurbanı olan qadınlar və onların uşaqları üçün reabilitasiya mərkəzlərinin yaradılması, monitorinqi və qiymətləndirilməsi” mövzusunda iki günlük təlim keçirib. Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi çərçivəsində müvafiq dövlət qurumlarının təmsilçiləri üçün təşkil olunmuş bu təlim gender məsələləri üzrə beynəlxalq ekspertlər - Türkiyənin Başkent və Hacəttəpə universitetlərinin mütəxəssisləri tərəfindən aparılıb.
Lent.az-ın məlumatına görə, təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, səhiyyə, daxili işlər, əmək və əhalinin sosial müdafiəsi, gənclər və idman, ədliyyə və təhsil nazirliklərinin əməkdaşlarından ibarət təlim iştirakçılarına gender zorakılığı, onun səbəb və nəticələri barədə ümumi məlumat verilib. Həmçinin ailə zorakılığının uşaqların psixologiyasına təsirindən danışılıb. Türkiyəli ekspertlər zorakılıq qurbanları üçün reabilitasiya mərkəzlərinin yaradılmasının vacibliyi, gender zorakılığının qurbanlarına dəstək üzrə əsas beynəlxalq standartlar, bu cür mərkəzlərin modelləri və xüsusilə bu sahə üzrə Türkiyə təcrübəsi, sığınacaqların fəaliyyət mexanizmi, gender zorakılığına dair qanunvericilik aktları və digər mövzular haqqında ətraflı məlumat veriblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova belə tədbirlərin qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılmasına böyük töhfə verdiyini deyib.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda koronavirus daha 4 nəfəri öldürdü - SON STATİSTİKA
15 avqust 2022 , 23:20İsti havada işçini çöldə işlətməyin cəzası nədir? - CAVAB
15 avqust 2022 , 16:48
Onlar həmin gün evlənmir, ölü basdırmır və ... – Bu dini qəbul etmək çox çətindir
15 avqust 2022 , 15:15
Sabah çimərliklərdə suyun hərarəti 29 dərəcə olacaq - PROQNOZ
15 avqust 2022 , 14:19
Sabah 42 dərəcə isti olacaq - HAVA PROQNOZU
15 avqust 2022 , 12:22İsti hava ilə bağlı XƏBƏRDARLIQ : Bakıda hərarət 40 dərəcəyə çatacaq
15 avqust 2022 , 12:12
Koronavirusa gündəlik yoluxma -Yenə 500-ü keçdi
14 avqust 2022 , 17:02