Telman İsmayılov ailə sirlərini açıqladı
“Nə mən sevərək evlənmişəm, nə oğlum”
Antalyada 7 ulduzlu “Mardan Palace” otelini inşa etdirəndən sonra Türkiyə mətbuatının diqqət mərkəzində olan azərbaycanlı iş adamı Telman İsmayılov ölkə KİV-lərinə tez-tez açıqlamalar verir.
Lent.az-ın məlumatına görə, yerli mətbuat səhifələrində iş adamı ilə bağlı materiallara xeyli yer ayırır. İsmayılov “Vatan” qəzetinə müsahibəsində bəzi ailə sirlərini açıqlayıb.
İş adamı xanımı ilə sevərək yox, vasitəçi üsulu ilə evləndiyini deyib. Bir barmağında incə qızıl nişan üzüyü, digərində böyük karatlı brilyant üzük olan İsmayılov jurnalistə “mənim üçün 100 fabrik dəyərində bir üzükdür, babamın Çar Rusiyası dövründən qalma əsasının ucundakı brilyant daşdır, o, vəfat etdikdən sonra daşdan bu üzüyü düzəltdirdim”, - söyləyib.
Digər barmağındakı qızıl üzüyü 26 ildir, daşıyan iş adamı üzüyü evlənərkən taxıbmış: “Evliliyimin nişanıdır. İndi nə qədər çalışsan, barmağımdan çıxara bilməzsən. Həyat yoldaşım Samirə ilə başqalarının vasitəsi ilə evləndik. İki oğlum var: Ələkbər və Sərxan. 26 yaşlı Ələkbər evlənib, mənə iki nəvə bağışlayıb”.
Nəvəsi kiçik Telmanın fotosu malikanənin ən görməli məkanında yer alıb: “Bu şəkil oş yerə buradan asılmayıb, var-dövlətimin sahibi odur”.
İsmayılov “Bəs o biri nəvə?” sualına isə “O, daha yeni dünyaya gəlib, hər şeyim ikisinindir”, - cavabını verib.
İş adamı oğlunun da xanımı ilə sevərək yox, vasitəsi sayəsində evləndiyini deyib: “Ələkbər də bu üsulla evlənib, çox da xoşbəxtdir. İndi Sərxan üçün qız axtarırlar, o da vasitəçi sayəsində ailə quracaq”.
İsmayılovun fikrincə, xoşbəxt ailənin formulu vasitəçi sayəsində evlənməkdir: “Məhəbbətlə evlənən kişilərin 90 faizi qadınından qorxur, əgər vasitəçi üsulu ilə evlənməsən, qadına sözünü dinlədə bilməzsən. O ailədə də xoşbəxtlik olmaz”.
Lalə Yusifqızı

Oxşar yazılar

40 dərəcə isti olacaq, bu yerlərə leysan yağacaq - Sabahın HAVASI
16 iyul 2025 , 12:33Bu rayonlara leysan yağır - Faktiki HAVA
16 iyul 2025 , 10:41
İyulun ortalarında dönüş nöqtəsi başlayacaq: 4 BÜRC üçün şad xəbər
16 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
16 iyul 2025 , 08:13
Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40