Pensiyanın məbləğini mobil telefonla da öyrənmək mümkün olacaq
Dövlət Sosial Müdafiə Fondu yeni texnoloji layihə üzərində işləyir
“Avtomatlaşdırılmış İdarəetmə Sistemi (AİS) hər bir vətəndaşın internet vasitəsilə pensiya təminatına dair məlumat alması üçün geniş imkanlar yaradır. Növbəti addımlardan biri isə bu sistemin mobil telefonlar vasitəsilə də giriş mümkün olacaq”
Lent.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, texnologiya inkişaf etdikcə pensiya sistemində də yeni xidmətlərdən istifadə zərurətə çevrilir. Çünki dövr dəyişdikcə, sürətli texnologiyadan istifadə genişləndikcə, hər bir sahədə operativlik də tələb olunur.
“Bu səbəbdən yaxın gələcəkdə mobil telefonlar vasitəsilə sosial-sığorta ödənişlərində tətbiq ediləcək. Biz istəyirik ki, mobil telefondan istifadə etməklə hər kəs avtomatlaşdırılmış sistemə girib öz hesabında nə qədər vəsaitin olduğunu öyrənə biləcək”- deyə, fond sədri vurğulayıb.
Səlim Müslümov onu da qeyd edib ki, kiçik bir otaqda yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemi sosial-sığorta ödənişlərinin uçotunun aparılması və vətəndaşların bu barədə məlumatlandırılması üçün ən optimal variantdır. Bu sistemdə mobil telefonlardan istifadə isə operativliyi bir qədər də sürətləndirəcək.
Elxan SALAHOV

2304