İşdən çıxarılan qadının meyiti tapıldı
18 aprel 2025 19:33 (UTC +04:00)

İşdən çıxarılan qadının meyiti tapıldı

Rusiyanın Sankt-Peterburq şəhərində Kirov zavodunda işdən çıxarılan qadının meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 58 yaşlı qadın içkili vəziyyətdə işə gəlib. Onun qeyri-adekvat davranışı həmkarlarının diqqətini cəlb edib və bu barədə dərhal rəhbərliyə məlumat verilib.

O, dərhal işdən çıxmaq qərarına gəlib. Qadın istefa ərizəsini rəhbərliyə təhvil verdikdən sonra tualetə gedib.

Bir müddət sonra işçilər tualetə baxıb və onun nəfəs almadığını görüblər. Sərxoş qadının hansı səbəblə öldüyü bilinmir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1292

Oxşar yazılar