Lionel Messi Pep Qvardiola haqda fikirlərini bölüşüb.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, “İnter Mayami”nin cinah oyunçusu Qvardiolanın futbol dünyasına təsirini yüksək qiymətləndirərək, onu özünəməxsus yanaşmaya malik xüsusi məşqçi adlandırıb.
"Qvardiola başqa dünyadandır. O, xüsusidir, başqalarının edə bilməyəcəyi detalları görür. Onun futbola böyük təsiri var, hər kəs ondan ilham alıb.
Düşünürəm ki, o, futbola müəyyən dərəcədə ziyan vurub, çünki hamı “Barselona”nı kopyalamağa çalışmağa başladı. Amma başqaları buna nail ola bilmədilər, çünki bizim xüsusi komandamız və məşqçi ilə oyunçular arasında mükəmməl münasibət var idi”, - Messi əlavə edib.