Prezidentliyinin birinci rübünün sonunda Trampın reytinqi açıqlandı
19 aprel 2025 07:49 (UTC +04:00)

Prezidentliyinin birinci rübünün sonunda Trampın reytinqi açıqlandı

ABŞ prezidenti kimi ikinci müddətinin birinci rübündən sonra Donald Trampın reytinqi 45% təşkil edir,

APA xəbər verir ki, bu haqda “The Hill Gallup” sorğusunun nəticələrinə istinadən yazır.

Onun birinci prezidentlik dövrünün birinci rübünün sonunda eyni reytinq 41% idi.

Qeyd olunur ki, 1952-ci ildən 2020-ci ilə qədər ABŞ prezidentlərinin səlahiyyətlərinin birinci rübündə orta reytinqi 60% təşkil edir.

Respondentlərin 11%-i Trampa o qədər də güvənmir, 14%-i ona “bir qədər”, 30%-i isə “tamamilə” etibar edir. Respondentlərin qalan hissəsi bu məsələ ilə bağlı rəy formalaşdırmayıb.

Sorğu nəticəsində məlum olub ki, amerikalıların 44%-i Trampın ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq qabiliyyətinə inamsızdır.

Sorğu aprelin 1-dən 14-dək 1006 ABŞ-lı böyüklər arasında 4 faiz bənd səhvlə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar