Bakıda qətl törədən  keçmiş məhkum küçədə CAN VERDİ
18 aprel 2025 19:59 (UTC +04:00)

Bakıda qətl törədən keçmiş məhkum küçədə CAN VERDİ

Bakıda küçədən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu H.Seyidzadə küçəsində baş verib.

Küçədə 48 yaşlı Çingiz Çingiz oğlu Əliyevin meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlaməti olmayıb. Məlumata görə, mərhum əvvəllər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 234-cü (narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma) maddələri ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470

Oxşar yazılar