Bir həftəyə bank kartlarından 174 min manatdan çox  pul oğurlandı
19 aprel 2025 10:22 (UTC +04:00)

Bir həftəyə bank kartlarından 174 min manatdan çox pul oğurlandı

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6500, 6000, 2971, 2850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Qeyd edək ki, bununla da bu həftə bank kartlarından ümumilikdə 174 min manatdan çox vəsait oğurlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar