Yeməyin soyuducuda 3 qat  daha uzun müddət   saxlamaq üçün SİRLƏR
18 aprel 2025 16:46 (UTC +04:00)

Yeməyin soyuducuda 3 qat daha uzun müddət saxlamaq üçün SİRLƏR

Yeməyin soyuducuda daha uzun müddət saxlanması üçün nə etmək lazımdır? Sevimli yeməklərin “ömürünü” necə uzatmaq olar ki, israf olunmasın?

Lent.az yeməkləri soyuducuda doğru saxlamaq üçün məsləhətləri təqdim edir:

Çox güman ki, siz də tez-tez bu sualı verirsiniz: “Niyə yeməklərim soyuducuda istədiyim qədər qalmır, tez xarab olur?” – Ola bilsin ki, bunun səbəbi onları səhv üsulla saxlamağınızdır.

1. Yeməyi hermetik (hava keçirməyən) qabda saxlayın

Yeməkləri açıq formada saxlamaq onları daha tez xarab edir. Mütləq qapaqlı, hava keçirməyən qablar istifadə edin.

2. Bişmiş və çiy məhsulları bir-birindən ayırın

Çiy məhsullardan bişmiş yeməklərə bakteriyalar keçə bilər. Çarpaz çirklənmənin qarşısını almaq üçün ayrı-ayrı saxlayın.

3. Yeni alınanları arxaya, köhnələri önə qoyun

Əgər böyük alış-veriş edirsinizsə, tezliklə istifadə olunmalı məhsulları önə, yeni aldığınız məhsulları isə arxaya yerləşdirin. Bu, israfın qarşısını alar.

4. Soyuducunu çox doldurmayın

Soyuducu nə qədər dolu olarsa, hava dövranı zəifləyir və soyutma effekti azalır. Həm də çox dolu soyuducuda bəzi məhsullar göz önündə olmadığından unudula bilər.

5. Meyvə-tərəvəz bölməsinə mətbəx kağızı qoyun

Bu, nəmi hopduraraq göbələk və bakteriyaların yaranmasının qarşısını alır. Təmizlik və saflıq üçün çox praktik üsuldur.

6. Soyuducunu ayda bir dəfə təmizləyin

Qalıq qoxular və bakteriyaların yayılmaması üçün soyuducunun içini ayda ən azı bir dəfə silin.

7. Qırmızı meyvələri sirkəli suda yuyun

Məsələn, çiyələk kimi qırmızı meyvələrin ömrünü uzatmaq üçün onları sirkə və su qarışığında bir neçə dəqiqə saxlayaraq bakteriyalardan təmizləyə bilərsiniz.

8. Hazır yeməyi çöldə saxlamayın

Pişmiş yeməkləri otaq temperaturunda uzun müddət saxlamaq olmaz. Mikroorqanizmlər bu şəraitdə daha tez çoxalır, ona görə də hazır yeməklər mütləq soyuducuya qoyulmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116

Oxşar yazılar

Kartof püresinə   bunu əlavə edin: ən ləzzətli RESEPT

Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT

21 aprel 2025 , 14:58
Şokoladlı xəmirlə piroq RESEPTİ

Şokoladlı xəmirlə piroq RESEPTİ

19 aprel 2025 , 11:36
Ən asan cheesecake RESEPTİ

Ən asan cheesecake RESEPTİ

17 aprel 2025 , 14:54
Sizə  super güc verəcək   səhər yeməyi

Sizə super güc verəcək səhər yeməyi

16 aprel 2025 , 18:03
Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent: Parmesan

Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent: Parmesan

15 aprel 2025 , 16:56
20 dəqiqəyə hazırdır:  Tez bişən yemək RESEPTLƏRİ

20 dəqiqəyə hazırdır: Tez bişən yemək RESEPTLƏRİ

14 aprel 2025 , 15:18
Azərbaycan mətbəxindən seçmələr: Reseptlər

Azərbaycan mətbəxindən seçmələr: Reseptlər

12 aprel 2025 , 19:41
Əti və qiyməni uzun müddət saxlamağın SİRLƏRİ

Əti və qiyməni uzun müddət saxlamağın SİRLƏRİ

10 aprel 2025 , 18:11