Bakıya qar gəlir
Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bu gün cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 7-9 dərəcə, axşam 3-5 dərəcə isti olacaq.
Yanvarın 18-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.
Yanvarın 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yağıntılı olacağı, sulu qara, axşama doğru bəzi yerlərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 2-4 dərəcə isti olacaq.
Yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 18-də havanın şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Yanvarın 19-20-də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların güclü olacağı ehtimalı var. Yanvarın 20-də gündüz bəzi yerlərdə yağıntılar tədricən kəsiləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli enməsi ilə soyuq diskomfort şərait olacaq ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

712