
Duzlu göldə batan ekskavator və kran sabah xilas ediləcək - FOTO
“Artıq 10 gündür ki, Abşeron rayonu Novaxnı qəsəbəsinin ərazisindəki Duzlu göldə batıb qalan ekskavator və kran oktyabrın 12-də çıxarılacaq”. Bu haqda Lent.az-a açıqlama verən Novxanı qəsəbə icra nümayəndəsi Əlimuxtar Səfərov gölün ortasına torpaq yol çəkildiyini də bildirdi: “Bir həftədir ki, orda torpaqlama işləri gedir. Həmin göl birbaşa olaraq icra nümayəndəliyinin tabeliyindədir. İndi həmin ərazidə 1 kran və 1 ekskavator qalıb. Yəqin ki, sabah işi yekunlaşdıra biləcəyik”.
İcra nümayəndəsi onu da bildirdi ki, hələlik gölün ətrafını hasarlamaq fikirləri yoxdur: “Ola bilsin ki, nə zamansa bununla bağlı qərar qəbul olundu. Amma indi belə bir söhbət yoxdur”.
Nizam Rza
İcra nümayəndəsi onu da bildirdi ki, hələlik gölün ətrafını hasarlamaq fikirləri yoxdur: “Ola bilsin ki, nə zamansa bununla bağlı qərar qəbul olundu. Amma indi belə bir söhbət yoxdur”.
Nizam Rza
Oxşar yazılar
AZAL bəzi reysləri ləğv etdi
13 iyun 2025 , 08:22
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 iyun 2025 , 08:22
Hər şey dəyişə bilər: üç BÜRC üçün yeni qapı açılmaq üzrədir
13 iyun 2025 , 00:02
Qadın özünü pis hiss etdi və... tabutda oyandı: Görün sonra nə oldu
12 iyun 2025 , 19:59
İyun ayında sevgi cekpotunu kim vuracaq? 5 BÜRC göyün yeddinci qatında olacaq
12 iyun 2025 , 18:30
Ailə başçısını itirməyə görə müavinət bu qədər oldu
12 iyun 2025 , 18:27
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 iyun 2025 , 17:36