“Xan” duzu da zay çıxdı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz duzların satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, satışda olan duzların laborator müayinəsi zamanı Abşeron rayonu, Saray qəsəbəsində Taleh Quliyevə məxsus istehsalat sahəsində istehsal olunmuş yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.
Bununla əlaqədar sahibkar Taleh Quliyevə məxsus istehsalat sahəsində duz istehsalı və satışının qanunauyğunluğu ilə bağlı aparılmış yoxlama zamanı duz istehsalında mənşəyi bəlli olmayan xammaldan istifadə edildiyi, sellofanpaketdə qablaşdırılmış “Xan” adlı ekstra yodlaşdırılmış duzun üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, üzərində Azərbaycan dilində markalanmanın olmadığı, məhsulun qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatları olmayan bükmə materiallarından istifadə olunduğu müəyyən edilib.
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar istehsal edilmiş 1,4 ton duzun satışının dayandırılması və bu duzların ticarət şəbəkəsindən geri yığılması, mənşəyi bəlli olmayan 23 ton xammaldan və uyğunluq və gigiyenik sertifikatı olmayan bükmə materiallarından istifadənin qadağan edilməsi, istehsalat sahəsində duz istehsalı və satışının dayandırılması barədə sahibkar Taleh Quliyevə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam etdirilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara Abşeron rayonu, Saray qəsəbəsində Taleh Quliyevə məxsus istehsalat sahəsində istehsal olunmuş xörək duzunu almamağı tövsiyə edir.

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53