Alimlərimiz Təbrizə gedirlər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik Arif Həşimovun rəhbərlik etdiyi 30 nəfərlik nümayəndə heyəti İrana səfər edəcək.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi 14-16 sentyabr tarixlərində Təbriz şəhərində Serac Universiteti tərəfindən keçiriləcək “Energetikanın texniki və fiziki problemləri” adlı beynəlxalq konfransda iştirak etməkdir.
Rumıniya, İspaniya, Türkiyə, İran və Azərbaycan alimlərinin iştirak etdiyi tədbirdə bazar iqtisadiyyatı şəraitində enerji sistemlərinin problemlərinə aid məsələlər müzakirə olunacaq. Konfransda əsasən alternativ və bərpa olunan enerji sistemlərinin araşdırılması, enerji sistemlərinin ekoloji problemlərinin təhlili, enerji sistemlərinin iqtisadi səmərəliliyinin təmini və ümumiyyətlə enerji sistemlərinin dayanıqlı istismarının təşkili məsələlərinə aid məruzələr dinləniləcək. Konfransda akademik A.Həşimov “XXI əsr enerji sistemlərinin inkişaf istiqamətləri” adlı məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, mütəmadi olaraq hər il keçirilən konfransın 2013-cü ildə Bakıda keçirilməsi nəzərdə tutulub.

Oxşar yazılar

Xoşbəxtliyi almaq olar: Həyat keyfiyyətimizi yaxşılaşdıran 8 alış-veriş
8 iyun 2025 , 18:42
İyun ayı bu BÜRCLƏR üçün çox çətin olacaq: Tale kimi sınayacaq?
8 iyun 2025 , 18:20
Ən uğurlu insanların doğulduğu ayın 6 tarixi AÇIQLANDI
8 iyun 2025 , 16:59
Yağış, dolu, şimşək - SABAHIN HAVASI
8 iyun 2025 , 12:07
Yeni pandemiya ola bilər
8 iyun 2025 , 10:07
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
7 iyun 2025 , 20:42
Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi
7 iyun 2025 , 20:15