Sosial Müdafiə Fondu Baş Prokurorluğa təqdimat göndərib
Təqdimat Goranboyda aşkar edilmiş nöqsanlarla bağlıdır
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icrası çərçivəsində ciddi tədbirlərə başlayıb. Belə ki, fond tərəfindən aşkar olunan hüquq pozuntuları ilə əlaqədar hüquq-mühafizə orqanlarının məlumatlandırılması işi aparılır.
DSMF-nun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, bu tədbirlərin davamı kimi fondun daxili audit şöbəsi tərəfindən Goranboy rayon şöbəsinin funksional vəzifələrin icrasının araşdırılması zamanı aşkar edilmiş ciddi nöqsanlarla əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilib.
Elxan SALAHOV

1275