18 rayonda XI siniflər buraxılış imtahanı verib
Bu gün Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, XI siniflər üzrə 54 imtahan mərkəzində 16681 şagird imtahan verib. İmtahan ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılıb. Həmçinin həmin bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən 1874 nəfər XI sinif məzunu da bu gün 18 imtahan mərkəzində imtahan verib.
Sabah isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 25586 şagird 57 imtahan mərkəzində ana dili və riyaziyyat fənlərindən imtahan verəcək. Məlumat üçün bildiririk ki, XI siniflər üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, IX siniflər üzrə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.
Elxan SALAHOV

Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26