Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Hər cür müdafiəyə möhtac uşaqlar Azərbaycanda da kifayət qədərdir
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqların hüquqlarının, xüsusən sosial haqlarının qorunmasına dair beynəlxalq konvensiyalara Azərbaycan da qoşulub və hazırda ölkəmizdə yeniyetmələrin təhsil, tərbiyə, sağlamlıq və digər fundamental hüquqları məhz bu konvensiyalarla təmin edilir.
Lent.az-ın məlumatına görə, BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun birini uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar dövlət uşaq müəssisələrində dövlətin birbaşa himayəsi altında saxlanılır. Hazırda Azərbaycanda 55 internat, uşaq və körpələr evi fəaliyyət göstərir. Həmin müəssisələrdə isə valideyn himayəsindən məhrum olan 143 min 89 uşaq tərbiyə alır. Onların müvafiq təlim və tərbiyəsinə nəzarət Təhsil Nazirliyinin ixtiyarındadır.
Xatırladaq ki, Azərbaycanda uşaqların yerli ailələrə övladlığa verilməsinin iki qurum vasitəsilə həyata keçirilir. Belə ki, 3 yaşadək uşaqlar Səhiyyə 3-18 yaş arası uşaqlar isə Təhsil Nazirliyində mərkəzləşmiş qaydada uçota alınır. Təhsil Nazirliyində Deinstituallaşma və Uşaqların Müdafiəsi İdarə bu sahəyə nəzarət məqsədilə yeni yaradılıb. Son iki ildə Təhsil Nazirliyinin uçotunda olan 3 uşağın övladlığa verilib.
Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi məsələsi ilə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. Komitə 2007-ci ildən bəri bu işi həyata keçirir və hər il övladlığa götürmə ilə bağlı hesabatlar hazırlanır. Həmin hesabatlara əsasən, son 3 ildə Azərbaycanda cəmi 12 uşaq xarici vətəndaşlara övladlığa verilib. Bunlardan 7-si 2007-ci ilin, 2-si 2008-ci ilin, 5-i isə 2009-cu ilin payına düşür.
Elxan SALAHOV

Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06