Subasma bölgəsində abituriyentlərin sayı çox azalmayıb
Ötən il Sabirabadda 585 abituriyent sənəd vermişdisə, bu il sənəd qəbulunun müddətinə bir neçə gün qalmış onların sayı 482 nəfərə çatıb
Daşqın bölgəsində əlavə Sənəd Qəbulu Komissiyasının yaradılmasına hələ ki, ehtiyac yoxdur. Amma həmin bölgənin potensial abituriyentləri ali və orta ixtisas məktəblərinə sənəd qəbulu ilə bağlı problemlə üzləşərsə, biz onlara kömək göstərməyə hazırıq».
Lent.az-ın məlumatına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, Ötən il Sabirabadda 585 abituriyent ali və orta ixtisas məktəblərinə sənəd vermişdi. Bu il isə sənəd qəbulunun müddətinə bir neçə gün qalmış həmin rayonda 482 nəfər ərizələrini təsdiqləyib. Şirvanda isə sənədlərini təsdiqləmiş abituriyentlərin sayı müvafiq olaraq 673 və 522, Zərdabda 269 və bu 230, Neftçalada 522 və 455, Saatlıda 331 və 282, Salyanda 717 və 594, Kürdəmirdə 509 və 455, İmişlidə 694 və 603-dür.
Komissiya sədri bildirib ki, ötən illə müqayisədə bəzi bölgələrdə orta məktəb məzunlarının sayı azalıb, onda bu rəqəmlər normaldır: “Çünki bu rəqəmlərlə ötənilki rəqəmlər arasında elə də böyük fərq yoxdur. Üstəlik hələ sənəd qəbulunun başa çatmasına hələ bir neçə gün qalıb və abituriyentlər bu müddət ərzində elektron ərizələrini təsdiqləyəcəklər. Əgər mayın 31-dən sonra həmin bölgənin abituriyentlərindən bizə müraciət daxil olsa, onlara əlavə imkanların yaradılması məsələsinə baxıla bilər. Amma hələ ki, orada sənəd qəbulu ilə bağlı problem yoxdur. Ona görə də bölgənin abituriyentlərinin sənəd qəbulu ilə bağlı çətinliklə üzləşməsi barədə bizə müraciət gəlməyib”.
Elxan SALAHOV

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09