Bakı yollarında görünməmiş tıxaclar
11 dekabr 2012 10:37 (UTC +04:00)

Bakı yollarında görünməmiş tıxaclar

Lent.az-ın məlumatına görə, yolların sürüşkən olması və sürət həddinin aşağı seçilməsi nəticəsində bir sıra küçə və prospektlərdə sıxlıq yaranıb. Bəzi ərazilərdə isə tıxaclar səbəbindən avtomobillər 1 saatdan da çox yollarda qalıb. Sıxlıq daha çox şəhərin şimal girişində, metronun “20 Yanvar” və “Memar Əcəmi” stansiyalarının ətrafında müşahidə olunur. Bundan başqa, “İstiqlaliyyət”, Niyazi, Cavadxan, Səməd Vurğun, Yusif Səfərov küçələrində, Azadlıq, Moskva, Tbilisi, Atatürk, F.Xoyski prospektlərində də nəqliyyatın hərəkətində problemlər yaranıb.

Nizam RZA
# 2604

Oxşar yazılar