Rayonlarda sulu qar, qar yağacaq
11 dekabr 2012 00:10 (UTC +04:00)

Rayonlarda sulu qar, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 11-dən 13-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amildir.
# 884

Oxşar yazılar