Nərimanov rayonunda iki gün su problemi yaşanacaq
07 dekabr 2012 18:46 (UTC +04:00)

Nərimanov rayonunda iki gün su problemi yaşanacaq

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu Ə. Rəcəbli küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar 8-9 dekabr tarixlərində Nərimanov rayonunun bir hissəsinə - Montin qəsəbəsinə, Ə. Rəcəbli, F.X. Xoyski, Y.V. Çəmənzəminli, F. Yusifov, Ağa Nemətulla küçələrinə içməli su fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
# 1236

Oxşar yazılar