Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK
03 may 2024 09:31 (UTC +04:00)

Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

Bu gün Bakı şəhərinin Sabunçu və Səbail rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə mayın 3-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Qeyd edilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4029
avatar

Arzu Qurbanlı

Oxşar yazılar