Con Terri müasir futbolla bağlı maraqlı fikir bildirib.
Lent.az bildirir ki, Terri “talkSPORT”a müsahibəsində "müasir futbol darıxdırıcıdır" deyib. İş o yerə çatıb ki, oyuna marağı azalıb: “Artıq futbola baxmaqdan həzz almıram”.
"Məsələn, klublar "Mançester Siti" ilə oynayanda və topun arxasında 11 oyunçu var, bu, darıxdırıcıdır. "Siti" rəqibi parçalamağa çalışır, bu, həqiqətən darıxdırıcıdır", - Con buradan başlayıb.
"Çox zərbə görmürsən, Eden Hazard və ya Co Koul kimi insanların oturacaqlarından insanları qaldırdığını görmürsən".
O, əlavə edib ki, hazırda məşqçilik etdiyi “Baller League”ni izləmək daha yaxşıdır: "Bizim liqada meydançanın ortasını keçəndə geriyə yox, irəli getməlisən. Hər kəs buna baxmağı sevir".