Hava buludlu olacaq
01 dekabr 2012 00:10 (UTC +04:00)

Hava buludlu olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 1-2-də hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.
# 1033

Oxşar yazılar