Mülayim hava şəraiti davam edəcək
30 noyabr 2012 00:10 (UTC +04:00)

Mülayim hava şəraiti davam edəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı ehtimal edilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 30-dan dekabrın 2-dək Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.
# 691

Oxşar yazılar