(R) Azercell müştərilərin ən çox məmnun olduğu şirkətdir
20 noyabr 2012 16:54 (UTC +04:00)

(R) Azercell müştərilərin ən çox məmnun olduğu şirkətdir

Reytinq sorğularında şirkət müştəri məmnuniyyəti və müştəri sadiqliyinə görə telekom sektorunda ən yüksək götəricilər nümayiş etdirib.

Azercell Telekom MMC Azərbaycanda həyata keçirdiyi yüksək keyfiyyətli rabitə xidməti və ölkənin sosial həyatına əhəmiyyətli qatqısının nəticəsi kimi yeni bir uğur əldə edib. Belə ki, “EPSI Rating” şirkətinin tədqiqat reytinqində müştəri məmnuniyyətinə və müştəri sadiqliyinə görə Azercell 1-ci yerə çıxıb. Aparılan araşdırma nəticəsində Azercell-in müştəri məmnuniyyəti indeksi 87.6, müştəri sadiqliyi indeksi isə 89.7 vahid təşkil edib ki, bu da müştərilərlə möhkəm qarşılıqlı bağlılığın olduğunu göstərir.

Məlumat üçün bildirək ki, “EPSI Rating” baş ofisi Böyük Britaniyada yerləşən beynəlxalq müstəqil araşdırma şirkətidir. Şirkətin məqsədi məhsullara və xidmətlərə dair müştərilərin rəyini tədqiq etməkdən ibarətdir.

Onu da bildirək ki, müştəri məmnuniyyətinin yüksək səviyyədə olmasına həmişə önəm verən Azercell şirkəti bu istiqamətdə bir çox layihələr reallaşdırıb. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə Gəncədə ilk Regional Telefon Mərkəzini yaratmışdır. 2011-ci ildə şirkətin Müştərilərlə Əlaqə Mərkəzi Avropanın EN15838 standartına layiq görülmüşdür.

Azercell, həmçinin, internet üzərindən onlayn müştəri xidmətlərini tətbiq edən ilk telekommunikasiya şirkəti olmuşdur. 2012-ci ildə beynəlxalq “Socialbakers” şirkəti Sosial Mediada istifadəçi istəklərinin cavablandırılması səviyyəsinə görə Azercell-i “Socially Devoted” sertifikatına layiq görmüşdür.

Qeyd edək ki, Azercell Telekom “EPSI Rating” beynəlxalq araşdırma mərkəzi tərəfindən keçirilən bu sorğuda telekom sektorunda müştəri məmnuniyyəti və müştəri sadiqliyi göstəricilərinə görə artıq 2-ci dəfədir ki, lider olaraq müəyyən edilmişdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
# 937

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10