Müəllimlərə kurikulumun sirləri aşılanır
17 noyabr 2012 19:54 (UTC +04:00)

Müəllimlərə kurikulumun sirləri aşılanır

Son illər ərzində respublikanın bütün ümumi təhsil məktəblərinin ibtidai sinif müəllimləri xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçmiş ibtidai sinif müəllimlərinin sayı 2008-ci ildə 8000, 2009-cu ildə 9000 nəfər təşkil edib. 2010-cu ildən başlayaraq ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqi və modul-kredit sisteminə keçidlə əlaqədar təlimlər də yeni modelə uyğun təşkil edilməyə başlanıb. 2011-ci ildə 10417 nəfər ibtidai sinif müəllimi 10 günlük (60 saat) təlim kursundan keçirilib. Ümumilikdə son 4 ildə 35 mindən çox ibtidai sinif müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçərək müvafiq bilik və bacarıqlara yiyələnib.

2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün təlim kurslarını keçirəcək təlimçilərin hazırlanması istiqamətində ardıcıl və planlı iş aparılıb. Təlim kurslarının keçirilməsi ilə bağlı təlimçilərin hazırlanmasına dəstək göstərilməsi ilə əlaqədar YUNİSEF-ə müraciət olunub, Təhsil Nazirliyi və YUNİSEF tərəfindən 2012-ci ilin fevral-aprel aylarında 10 fənn üzrə 511 nəfər təlimçi hazırlanıb. Beləliklə, 2012-ci ilin iyun-sentyabr aylarında keçirilmiş təlimlərdə 37545 müəllim iştirak edərək müvafiq sertifikatlar alıblar.

Həmçinin 2012-2013-cü tədris ilində rayon təhsil şöbəsinin əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlər keçiriləcəkdir.
Məlumat üçün qeyd edək ki, 2013-2014-cü tədris ilində ibtidai siniflərdə, V-VI siniflərdə işləyəcək və bu günədək fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçməyən müəllimlər üçün kurslar təşkil ediləcək. Təlim kurslarını keçirəcək təşkilatların müəyyənləşdirilməsi ilə bağlı tender keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılıb.
# 1941

Oxşar yazılar

Cavanşir körpüsü hazırda - FOTO

Cavanşir körpüsü hazırda - FOTO

21 may 2024 , 10:02
Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

21 may 2024 , 09:16
TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45