Hava küləkli, yağışlı olacaq
18 noyabr 2012 00:10 (UTC +04:00)

Hava küləkli, yağışlı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 18-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması meteohəssas insanlar üçün əsasən əlverişlidir.
# 2365

Oxşar yazılar