Təhsil naziri repetitorluğun əleyhinə çıxdı
17 noyabr 2012 15:53 (UTC +04:00)

Təhsil naziri repetitorluğun əleyhinə çıxdı

“Orta məktəblərin bir çoxunda X-XI sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil. Bu, çox ciddi problemdir”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında çıxış edərkən deyib.

O bildirib ki, yuxarı sinif şagirdlərinin dərsə davamiyyətinin pis olmasının səbəbini həmişə məktəb direktorlarında axtarmaq düzgün deyil: “Düzdür, məktəb direktorlarında da günah var. Amma Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, orta məktəbi bitirən şagirdlərin hamısı ali məktəblərə daxil olmalıdırlar. Bunun yeganə yolunu da repetitor yanına getməkdə görürlər. Bir çox hallarda məktəb direktorlarına vəzifəli şəxslər tərəfindən təzyiqlər olur. Bəzi direktorlar bu təzyiqlərə davam gətirir, bəzi direktorlar isə davam gətirməyərək həmin adamlara qoşulur, nəticədə də həm məktəb, həm də təhsil pis vəziyyətə düşür. Azərbaycanda repetitorluq məktəbin gördüyü işə kölgə salır”.
# 2999

Oxşar yazılar

Cavanşir körpüsü hazırda - FOTO

Cavanşir körpüsü hazırda - FOTO

21 may 2024 , 10:02
Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

21 may 2024 , 09:16
TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45