Daha bir restoranda antisanitariya faktı  aşkarlandı
22 oktyabr 2012 14:55 (UTC +04:00)

Daha bir restoranda antisanitariya faktı aşkarlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakıdakı Nilufər” şadlıq sarayında dövlət nəzarəti həyata keçirilib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nizami rayonu, M.Rüstəmov küçəsi 34 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiq Seyidova məxsus “Nilufər” şadlıq sarayında aparılan araşdırma zamanı məlum olub ki, burada sanitar norma və qaydalara lazımi səviyyədə riayət olunmur, mətbəxdə işçi personal papaq, xalat və əlcəklər olmadan işləyir, işçilərin vəzifə, hüquq və məsuliyyətini əks etdirən təsdiq olunmuş vəzifə təlimatları mövcud deyil.


Müəssisəyə baxış zamanı mənşəyi məlum olmayan və üzərində heç bir məlumat əks olunmayan 500 qramlıq bankada süni balıq kürüsü aşkar edilib. Həmçinin istehlakçılara təqdim olunan kulinariya məmulatlarının standartlarının tələblərinə zidd olaraq müvafiq qaydada təsdiq olunan texnoloji təlimat və resepturalar olmadan hazırlandığı, yeməklərin hazırlanmasında istifadə olunan ərzaq məhsullarının gigiyenik və uyğunluq sertifikatlarının, istifadə olunan toyuq, mal və quzu ətinin baytarlıq müayinəsindən keçdiyini təsdiq edən şəhadətnamənin olmadığı, soyuducu kameralarda temperatur rejiminin məhsulların saxlanma rejiminə uyğun gəlmədiyi müəyyən olunub.

Müəssisə tərəfindən hazırlanmış “mimoza” və “paytaxt” salatlarından götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqlarının nəticələrinə əsasən hər iki məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və “e.coli” mikroorqanizmləri müəyyən olunub.

Faktla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib, fiziki şəxs Sadiq Seyidova məxsus “Nilufər” şadlıq sarayında “mimoza” və “paytaxt” salatlarının hazırlanmasına və satışına qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3190

Oxşar yazılar