Xəzər TV-də bir neçə verilişin yayımı dayandırılıb
Lent.az-ın məlumatına görə, telekanalda yayımlanan media eksperti Qulu Məhərrəmlinin aparıcısı olduğu “ Gündəm”, Ramal Hüseynovun “Həyata baxış” proqramı efir yayımından çıxarılıb.
Telekanalın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Məryəm Qulamova Lent.az-a açıqlamasında verilişlərin bağlanılması xəbərini təsdiq edib. O, bildirib ki, “Gündəm” verilişinin bağlanılmasına səbəb verilişin aparıcısı Qulu Məhərrəmlinin işlərinin çoxluğuna görə olub. Yeni tədris ilinin başlanılması ilə əlaqədar olaraq, Qulu müəllimin işləri daha çox idi. O özü xahiş etdi ki, verilişə bir müddət fasilə verilsin. “Həyata baxış” verilişinə gəldikdə isə, bu yaxınlarda televiziyamızda yeni bir layihə başlayacaq. Ona görə də Ramalın verilişinə ehtiyac olmayacaq. Bundan başqa, telekanalımızdakı köhnə verilişlərin formatını dəyişərək yeni formada təqdim edəcəyik. Növbəti dəyişikliyi xəbərlər departamentində görəcəksiniz”.
Məryəm Qulamova telekanalda yayımlanan “Aramızda qalsın” və “Qaynana” seriallarında aktyor dəyişikliyinə də münasibət bildirərək deyib ki, seriallar yeni aktyor heyəti ilə davam edəcək”.
Televiziyanın baş məsləhətçisi Qulu Məhərrəmli Lent.az-a açıqlamasında aparıcısı olduğu verilişin formatının köhnəldiyi deyib: “İndi o tipli verilişlər köhnəlib. Hesab edirəm ki, bu cür formatlı verilişlər özünü doğrultmur. Həm də veriliş uyğunsuz bir vaxtda efirə gedirdi. Buna görə gələcəkdə verilişi tam yeni formada, canlı yayımda təqdim etmək niyyətindəyik”.
Jalə

Oxşar yazılar

Avqustda gözlənilən maqnit qasırğaları: Ayın əvvəli çox təhlükəli olacaq
31 iyul 2025 , 20:15
Meteohəssas insanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
31 iyul 2025 , 19:20
Gədəbəyə dolu yağdı
31 iyul 2025 , 19:15
Tezliklə xaosdan çıxacaq BÜRCLƏR: Əsl xoşbəxtlik tapacaqlar
31 iyul 2025 , 18:31
Qarpızı tumları ilə birgə yemək olarmı?
31 iyul 2025 , 16:34
Uzunömürlülüyün formulu nədir? - Alimlər AÇIQLADI
31 iyul 2025 , 15:49
Avqustda dəhşətli istilər olacaq - ayın hava PROQNOZU
31 iyul 2025 , 15:34